Azərbaycanlı aparıcı uşaqlıq illərinə döndü FOTO

Azərbaycanlı aparıcı uşaqlıq illərinə döndü FOTO

Aparıcı Murad Əzimzadə "İnstagram" səhifəsində uşaqlıq fotosunu paylaşıb. SİA-nın məlumatına görə, aparıcı fotoya belə şərh yazıb: "Qayğısız, adamlardan xəbərsiz, işi-gücü ağlamaq, gülmək, arada qığıldamaq olan 1 yaşlı Murad. Düzdür bu şəkil çəkiləndə ata-anamın Maradonası idim. Böyüyüb Murad oldum. Böyüdükcə 1 yaşlı Maradona üçün darıxdım. Sanki böyüdükcə dadlar, qoxular, rənglər də böyüyür, böyüyür o qədər böyüyür ki, görə bilmirsən, dada bilmirsən, qoxuları içinə çəkə bilmirsən. Bilmirsən, ölümü, sabahı, özünü! İçimizdəki uşağı öldürmədən və böyüməyə qoymadan yaşamağımız diləyi ilə".

Bütün xəbərlər Facebook səhifəmizdə