Şahin Zəkizadənin vəziyyəti pisləşdi

Şahin Zəkizadənin vəziyyəti pisləşdi

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin səhhəti daha da pisləşib. SİA-nın məlumatına görə, bu haqda rejissorun xanımı Səbinə Zəkizadə xəbər verib: "Səhərimizi pis xəbərlə açdıq. Artıq Şahinin vəziyyəti daha da pisdir. Səhər onu reanimasiyaya yerləşdirdilər. Özündə deyil. Heç kimi, hətta məni də tanımır. Hər şeyə hazıram. Allahdan ümidimi kəsmirəm. Dua edirəm, Allahım bizə bir möcüzə versin".

Bütün xəbərlər Facebook səhifəmizdə