26 yaşını qeyd edən Günay: "İlk təbriki sevgilimdən aılmışam" AÇIQLAMA

26 yaşını qeyd edən Günay: "İlk təbriki sevgilimdən aılmışam" AÇIQLAMA

Bu gün müğənni Günay İbrahimlinin doğum günüdür. SİA-ya açıqlama verən ifaçı ad gününü təmtəraqlı şəkildə qeyd etməyəcəyini bildirib: "Bu gün 26 yaşım tamam olur. Gecədən telefonlarım susmur. Ailəm dostlarım təbrik edir. Amma ilk olaraq məni sevgilim özəl günüm münasibəti ilə təbrik edib. Mənə göstərilən diqqətə görə hər kəsə təşəkkür edirəm. Onu da qeyd edim ki, özəl günümü təmtəraqlı şəkildə keçirməyəcəm. Sadəcə olaraq, mənə yaxın olan insanlarla bir araya gələcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə