Vasif haqqında gəzən şaiyələrə son qoydu AÇIQLAMA

Vasif haqqında gəzən şaiyələrə son qoydu AÇIQLAMA

Müğənni Vasif Əzimov daha çox sevgi mahnılarına müraciət etməsinin səbəbini açıqlayıb. SİA-ya açıqlama verən ifaçı gizli qalan məqamlara son qoyub: "Bildiyiniz kimi, ifa etdiyim mahnılarımın sözləri və musiqisi mənə aid olur. Bəstələrimi daha çox sevgiyə həsr edirəm. Mahnılarımdakı sözlər hər kəsdə şübhə yaradır ki, yəqin bu hadisələri yaşamışam. Amma şükürlər olsun ki, hər şey yaxşıdır. Yazdığım mahnıların sözləri kimi ölüm-itim yoxdur. Hər kəs öz yerindədir (gülür). Sadəcə olaraq, yazdığım sözlər və ərsəyə gətirdiyim musiqilər içimdən gəlir. Şərt deyil ki, o hissləri adi həyatda yaşayasan. Həmin hissləri obraza girib, yaşamaq olur".

Bütün xəbərlər Facebook səhifəmizdə