Samiraldonun məşhur "Açıldı" sözünə kino çəkirlər

Samiraldonun məşhur "Açıldı" sözünə kino çəkirlər

Stilist Samiraldo rol aldığı "Bozbash Pictures" serialından söz açıb. SİA-ya açıqlama verən stilist bunları deyib: "Uzun müddət idi ki, "Bozbash Picturs" komandasının üzvləri mənə bu serialda rol almağım üçün təklif edirdilər. Lakin heç bir kanalın dəvətini qəbul etmədiyim üçün bu ekran işinə çəkilmək istəmirdim. Amma "Bozbash Pictures" komandasının üzvləri ilə dostluq edirəm. Onların sözünü yerə salmayıb, təkliflərini qəbul etdim. Məncə serialın bu bölümü daha da maraqlı oldu. Telefonlarım susmur".

Samiraldo daha bir filmdə rol aldığını da bildirib: "Rejissor Ceyhun Məmmədovun lentə aldığı ekran işində çəkiləcəm. "Film Açıldı" adlanır. Filmdə baş rolda olacam. Elə özümü, yəni stilist obrazını canlandıracam. Ekran işində peşəkar aktyorlar olmayacaq. Filmdə komandamda çalışan adi insanlar rol alacaq. Ekran işi bölgələrimizdə lentə alınacaq. Hazırda filmin çəkilməsi üçün məkanlar müəyyənləşdirilir. Ekran işinin çəkilişlərinə aprel, may ayında start veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə