Həyat yoldaşı: "Şahinin əməliyyat olunması mütləqdir"

Həyat yoldaşı: "Şahinin əməliyyat olunması mütləqdir"

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin xanımı Səbinə onun haqqında məlumat verib. SİA-nın məlumatına görə, Şahinin əməliyyat olunmasının mütləq olduğunu diqqətə çatdırıb: "Çətin və ağrılı gün yaşayırıq. Şahinin vəziyyəti ağırdır, ağrıları kəskindir. Bütün həkimlər başının üstündədirlər. Həkimlər əllərindən gələni edirlər. Hərarəti düşməlidir, amma hələ də yüksəkdir. Bu halda əməliyyat olunması belə mümkün deyil. Ağrıları o qədər kəskindir ki, dözə bilmir. Həkimlər ən güclü və bahalı ağrıkəsiciləri vururlar, təsir etmir. Qan da köçürürlər. Tək ümüdimiz Allaha qalıb. Ağciyəri də yaxşı deyil, nəfəs alması çətinləşib. Allah Şahini övladlarına bağışlasın".

Bütün xəbərlər Facebook səhifəmizdə