Vüsalə: "Bəzi sənətçilər qalmaqal edib, 2 gündən sonra barışıq elan edirlər"

Vüsalə: "Bəzi sənətçilər qalmaqal edib, 2 gündən sonra barışıq elan edirlər"

Müğənni Vüsalə Rəcova aparıcılıq fəaliyyətini bir müddətdir dayandırıb. SİA-ya açıqlama verən Vüsalə bunun səbəbsiz olmadığını bildirib: "Əvvəlki verlişlərdən fərqli ampluada çıxmaq istəyirəm. Təkrarçılığı sevmirəm. Bəzi verlişlərə fikir verirəm, aparıcı qonağa danışmağa imkan vermir. O verlişdəki özümü görmürəm, ora çıxmıram. Aparıcı kimi təkliflər aldım. Razılaşmadım. Musiqili gecə verlişi düşünürəm".

Həmkarları arasında qalmaqalları birmənalı qəbul etməyən Vüsalə Rəcova özünü dedi-qodulardan qorumağa çalışdığını da söyləyib:"Qalmaqal olan yerdə mən yoxam. Anti-reklamla iki günə məşhur olacamsa, bu mənə lazım deyil. Məsələ bundadır ki, qalmaqal edib, bunu ictimailəşdirən bəzi müğənnilər iki gündən sonra barışıq elan edirlər.Ya dalaşma, ya da gerçək ol, barışma. Xırda söhbətlərə getmirəm. Amma heç kimə də imkan vermirəm şəxsi həyatımı müzakirəyə çevirsin".

V.Rəcova səyahətə çıxmağı da düşündüyünü bildirib: "Oğumun dərslərinin bitməsini gözləyirik. İstirahətə ehtiyacım var. Buna qədər isə albomumu hazır edib, "Çarəsi yox" adlı mahnıma klip çəkdirməyi düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə