Meyxanaçı Ağamirzə bəyəndiyi həmkarından söz açıb. SİA-ya danışan ustad həmin meyxanaçının adını da açıqlayıb: "Bir çox meyxanaçıların səsini bəyənirəm. Ələxsus həmkarım Üzeyir Mehdizadənin sənətinə və özünə hörmətim var. Onun böyük ürəyi var. Çox insan adamdır. Qabiliyyətli meyxanaçıdır. Kimsə, Üzeyiri bəyənməyə bilər. Hətta məni bu sözlərimə görə, qınayanlar da tapılar. Amma həmin ifaçının sənəti var. Ü.Mehdizadənin mahnılarını dinləyənlərdən də biriyəm".
Meyxanaçı Üzeyirlə yanaşı bir çox sənət yoldaşlarını da bəyəndiyini söyləyib: "Məşdəxalı Vüqarın, Namiq Qaraçuxurlunun, Asif Məhərrəmovun, Mehdi Əkbərin, Xəyyamın da gözəl sənəti var. Amma Vasif Əzimova bir başqa hörmətim var. Onun gözəl avazı var. Mən ona bal səsli müğənni deyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB