Yazıçı Səidə Haqverdiyevanın müəllifi olduğu "Qara qızın qara bəxti" hekayəsinin motivləri əsasında "Ər quyusu" adlı film lentə alınıb. SİA-nın məlumatına görə, ekran işi fevralın 15-də Nizami Kino Mərkəzində təqdim ediləcək. Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır.
Filmdə əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, aktrisa Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev və başqaları rol alıb.
1990-cı illərin həyat tərzi və münasibətlərinin qabardıldığı filmdə əsas motiv kimi qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB