Aparıcımızdan qalmaqallı sözlər

Moskvada yaşayıb və orada fəaliyyət göstərən aparıcı Sərxan Kərəmoğlu yenidən qalmaqallı atmacaları ilə gündəmə gəlib. SİA-nın məlumatına görə, aparıcı şou-biznes ailəmidən gileylənib: "Hərdən fikirləşirəm kimə pislik edə bilərəm? Heç cür cavabını tapa bilmirəm. Sirkə nə qədər tünd olsa öz qabını çatladar. İndi elə bir dövrdə yaşayırıq nə kimsəyə pislik etməyə vaxt var, nə də ki, həvəs. Şou-biznes mənlik deyil desəm də mən onun tam ortasındayam. Mənə çoxlu suallar verilir, hər kəsə bir cavabım var, özüm və ailəm üçün yaşayıram. Kim harda nə deyir, nə düşünür vız gələr. Allaha hər zaman şükür oxuyan adamam. Əgər səhər gözümü işıqlı həyata aça bilirəmsə şükür demək sənə, Allahım. Şou aləmində bədxahlar var ki, hey arxamca danışırlar və məndən pislik gözləyirlər. Amma rahat olun, mən mübarizə aparan biriyəm. Allahın yaratdığına zərbə vuran deyiləm. Şükür sənə, Allahım mənə belə şeytan hissini verməmisən".

Bütün xəbərlər Facebook səhifəmizdə