Xərçəng xəstəliyi ilə mübarizə aparan aparıcı Zümrüd Qasımova hər kəsi kövrəldən paylaşım edib. SİA-nın məlumatına görə, o, sosial şəbəkədə rəqs edərkən videosunu paylaşaraq, bu sözləri qeyd edib: "Dünyada xərçənglə mübarizə günüdür. Bu videonu xərçəng xəstəliyindən əziyyət çəkən bütün insanlara motivasiya olsun deyə paylaşıram. Artıq 6 il keçib. Bu video çəkilən ərəfədə mən 6 dəfə kimyəvi terapiya qəbul etmişdim. Arıqlayıb 47 kiloqram olmuşdum, saçım yox idi. Qaşlarım tökülmüşdü. Amma buna baxmayaraq, paltar tikdirmişdim ki, zövqlü görünüm. Saçıma bandana vurmuşdum ki, yoxluğu bilinməsin. Əylənirdim, oynayırdım. Xəstəliyin acığına yaşadım. Hər birinizə şəfa diləyirəm. Həyat gözəldir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB