Müğənni Ceyhun Əliyev yeni işbirliyində olduğu həmkarından söz açıb. SİA-ya açıqlama verən Ceyhun həmin müğənninin adını da söyləyib: "İncəsənət ailəminə yeni-yeni addımlarını atan Səbinə Əsgərova ilə iş birliyindəyik. Belə ki, onun üçün yeni mahnı yazıram. Bir neçə bəstə göstərmişəm. Hələ ki, bəyəndiyi mahnı yoxdur. Hazırda Səbinə xanım üçün fərqli bəstə hazırlayıram. Mahnının sözləri və musiqisi mənə, aranjemanı Rəşad Hüseynova aid olacaq. Ümid edirəm ki, yeni ərsəyə gətirəcəyim bəstə də digər müğənnilərə verdiyim mahnı kimi seviləcək".

Ceyhun rəhbərlik etdiyi "Qala" qrupundan da söz açıb:" Bildiyiniz kimi, toylara qrup şəklində və tək gedirəm. Bunun üçün də reperturımı daima təzələyirəm. "Qala" qrupu və solo ifam üçün yeni mahnılar yazıram. Tezliklə həmin mahnıları ixtiyarınıza verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB