Mahsun Kırmızıgül 10 milyon ziyana düşüb

Mahsun Kırmızıgül 10 milyon ziyana düşüb

Müğənni, rejissor Mahsun Kırmızıgülün yanvarın 25-dən etibarən kinoteatrlarda nümayiş edilən "Vezir parmağı" ("Vəzir barmağı") filmi istənilən reytinqi verməyib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 400 salonda göstərilən filmi 400 min tamaşaçı izləyib. Mahsuna son filminə görə 10 milyon lirə (təxminən 5 milyon manat) məbləğində zərər dəyib. Belə ki, "Vəzir barmağı"ndan ümumilikdə 4 milyon lirə (təxminən 2 milyon manat) əldə olunub.

Qeyd edək ki, filmin çəkilişləri üçün 14 milyon lirə (təxminən 7 milyon manat) vəsait sərf olunmuşdu. Film nümayişə girdikdən sonra bəzi bələdiyyələr nümayişinə qadağa qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə