Namiq Qaraçuxurlu klipinin çəkilişlərini yekunlaşdırdı

Namiq Qaraçuxurlu klipinin çəkilişlərini yekunlaşdırdı

Müğənni Namiq Qaraçuxurlu "Soyuqdur" adlı mahnısına çəkdirdiyi klipin çəkilişləri yekunlaşıb. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü məlumat verib: " "Soyuqdur" adlı mahnıma lentə aldırdığım ekran işinin çəkilişləri tamamlandı. Klipdə zəhməti keçən yaradıcı heyətə minnəttarlığımı bildirirəm. Mahnının ruhunu tamaşaçılara çatdırmaq üçün soyuq havada əziyyəti olan əməkdaşlara təşəkkür edirəm. Çalşdıq, zövq aldıq. Hazırda klipin montaj işləri gedir. Tezliklə ekran işini tamaşaçıların ixtiyarına verəcəyik".

Qeyd edək ki, meyxanaçı Namiq Qaraçuxurlu "Soyuqdur" adlı klipi üçün belarus əsilli müğənni Taşa Turovanı Bakıya gətirib. Ekran işinin birinci hissəsi Almaniyada lentə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə