Kərim Mehriban Xanlarovaya lənət oxudu

Kərim Mehriban Xanlarovaya lənət oxudu

Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasında qalmaqal böyüyür. SİA-nın məlumatına görə, Kərimi həbs etdirəcəyini deyən tanınmış aktrisanın sözlərinə qarşı tərəf cavab verib: "Dostlar, eşitdiyimə görə məni həbs etdirmək istəyirlər. Əgər məni tutsalar yanıma arada yeyib-içməkdən gətirərsiniz. Gözümü yolda qoymayın, qurban olum, yazığam. Arada Fələq surəsini oxuyun. İndi şər atanlar MaşAllah olsun çoxalıb. Allah elə adamlara lənət eləsin, bildiyi qədər çəkdirsin".

Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal "Maşın" şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın fotosunu paylaşaraq, onun ünvanına təhqirlər yazmışdı. M.Xanlarova isə şərəf və ləyaqətini alçatdığı üçün müğənnini məhkəməyə vermişdi. Aktrisa qarşı tərəfdən təzminat və üzr istəməsini tələb etmişdi. K.Abbasov məhkəmədə M.Xanlarovaya uduzmuş və min manat təzminat ödəmişdi. Eyni zamanda K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə