Müğənni Ceyhun Əliyev həmkarı Sevda Yahyayeva ilə bir araya gəlib. SİA-ya bu haqda Ceyhunun özü açıqlama verib: "Sevda Yahyayeva ilə birgə işbirliyimiz var. Belə ki, Sevda xanımla duet oxumuşuq. Bəstə "Bal dadır" adlanır. Mahnının sözləri və musiqisi mənim, aranjemanı Rəşad Hüseynovundur. Bu bəstəni 2004-cü ildə yazmışam. Həmin mahnının böyük tarixçəsi var. Belə ki, "Bal dadır" adlı bəstəni bir çox sənətçilərlə duet oxumaq istədim. Lakin bəzi məsələlərə görə ifa etmədim. Sözügedən mahnını Sevda xanımla oxumaq qismət oldu. Bu mahnımızı 14 Fevral Sevgililər Günündə təqdim edəcəyik. Əgər duetimiz sevilərsə, klip də çəkdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB