Çingiz 14 Fevralda sevənlər üçün oxuyacaq AÇIQLAMA

Çingiz 14 Fevralda sevənlər üçün oxuyacaq AÇIQLAMA

Müğənni Çingiz Mustafayev 14 Fevral Sevgililər günündə sevənləri sevindirəcək. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "14 Fevral Sevgililər günündə sevənlər üçün oxuyacağıq. Belə ki, "Palmas" qrupu ilə birlikdə həmin gün konsert verəcəyik. Qrup olaraq qərara gəldik ki, 14 Fevralda Sevgililər gününüz daha romantik olsun. Konsert "Te amo" adlanır. Hər kəsi Latino gecəmizə dəvət edirik. Konsert zamanı romantik ispan mahnıları ifa edəcəyik. Gecədə romantik ifalarla yanaşı, ritmik mahnılar da yer alacaq. Bütün sevənləri konsertimizə gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə