Mehriban Xanlarova: "Kərimi 10 günlük də olsa həbs etdirəcəm" AÇIQLAMA-FOTO

Mehriban Xanlarova: "Kərimi 10 günlük də olsa həbs etdirəcəm" AÇIQLAMA-FOTO

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov uzun müddətdir qalmaqal yaşadığı əməkdar artist Mehriban Xanlarovanın sosial şəbəkədə fotosunu paylaşaraq, üzr istəyib, xəstə olduğu qeyd etmişdi. Onun bu hərəkəti qarşı tərəfi əsəbləşdirib. Bu haqda SİA-ya açıqlama verən Mehriban Xanlarova Kərim Abbasovu yenidən məhkəməyə verəcəyini bildirib: "Hazırda nəvəmlə parkdayıq. Mən necə xəstəyəm ki, çöldəyəm? Kərim mənlə bir evdə yaşayır ki, necə olduğumdan xəbəri olsun? Səhhətimdə heç bir problem yoxdur. Kərim Abbasov "İnstagram" səhifəsində mənim qısa ətəkdə olan şəkillərimi paylaşaraq, altında Həci Xanım olmağımı vurğulayıb və məni öz səhifəsindəki izləyicilərinə təhqir etdirib. Məni təhqir edənlərdə elə Kərim ağıldadır. Onu bir dəfə məhkəməyə verdim uddum. Məhkəmənin qərarına əsasən, Kərim mənə təzminat ödədi. Bu dəfə də onu məhkəməyə verəcəm və həbs olunmasını tələb edəcəm. O, 10 gün həbsxanada yatmasa, ağlı başına gəlməyəcək. O, məni ələ salıb? Guya məndən üzr istəyir. Bəsdi, arvadların içində oturduğu. O, mənim kim olduğumu görəcək".

Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal "Maşın" şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın fotosunu paylaşaraq, onun ünvanına təhqirlər yazmışdı. M.Xanlarova isə şərəf və ləyaqətini alçatdığı üçün müğənnini məhkəməyə vermişdi. Aktrisa qarşı tərəfdən təzminat və üzr istəməsini tələb etmişdi. K.Abbasov məhkəmədə M.Xanlarovaya uduzmuş və min manat təzminat ödəmişdi. Eyni zamanda K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə