Azərbaycanlı müğənni: "Heç vaxt bayağı mahnı oxumaram" AÇIQLAMA
Müğənni Kamil Cəfərov bayağı mahnı oxuyan ifaçılardan söz açıb. SİA-ya açıqlama verən ifaçı heç vaxt bayağı bəstələr oxumayacağını da xüsusi ilə diqqətə çatdırıb: "Hazırda dinləyicilərin zövqü dəyişilib. Belə ki, bayağı mahnılara qulaq asırlar və müğənnilərdən də bu tipli bəstə hazırlamaqlarını tələb edirlər. Çox təəssüf ki, bayağı bəstələr sevilir. Amma bayağı mahnı oxuyan ifaçıların mahnıları tez bir zamanda unudulacaq. Azərbaycanın tarixində klassik musiqilər, muğamlar, xalq bəstələri qalacaq. Xalqımız çox istedadlı, talantlıdır. Azərbaycan böyük mədəniyyətə malik olan xalqdır. Mənim də ifa etdiyim mahnılar savadlıdır. Bəstələrimi kütlənin az bir hissəsi dinləsə də hər zaman savadlı ifa ortaya çıxaracam. Heç vaxt bayağı mahnı oxumaram. Çünki buna musiqi savadım da imkan verməz. Mən sənətkarlardan dərs almışam. Onu da qeyd edim ki, elə bayağı mahnı ola bilər ki, mən onu savadlı şəkildə dinləyicilərin ixtiyarına verərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB