Arzusu ürəyində qalan Xatun yenilik etdi AÇIQLAMA

Arzusu ürəyində qalan Xatun yenilik etdi AÇIQLAMA

Müğənni Xatunun arzusu ürəyində qalıb. SİA-ya açıqlama verən ifaçı yeni fotosessiya çəkdirmək istəsə də hava şəraitininin işinə mane olduğunu bildirib: "Fotosessiya etdirmək istəyirdim. Lakin arzum ürəyimdə qaldı. Belə ki, hava şəraitinin kəskin şəkildə dəyişməsi işimə mane oldu. Fotokamera önünə keçə bilmədim. Amma hava mülayimləşəndən sonra yeni fotosessiyaya imza atacam".

Sənətçi hazırda yeni mahnı üzərində çalışdığını da bildirib: "Bir çox getdiyim el şənliklərində atalar mene deyir ki, "Xatun xanım qayınataya aid də mahnı oxuyun". Bu sözlərdən sonra qərara gəldim ki, Azərbaycan musiqisində yenilik edim. Belə ki, "Qayınata" adlı mahnı yazdırmışam. Bəstənin sözləri, musiqisi, aranjemanı Nurlan Hatəmoğluna aiddir. Məncə, bu mahnım da digərləri kimi bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə