Cabir İmanov “Ağanatiq”i təqdim etdi FOTOLAR

Nizami Kino Mərkəzində Əməkdar artist Cabir İmanovun "Ağanatiq" filminin qala gecəsi baş tutub. SİA-nın məlumatına görə, tədbirdə yaradıcı heyətlə yanaşı tanınmış simalar da iştirak edib.

Filmin ssenari müəllifi əməkdar artist Tahir İmanovdur. Ekran işində əməkdar artistlər Cabir İmanov, Tahir İmanov, Bəhram Bağırzadə, Tünzalə Ağayeva, aktyorlar Emil Abbasov, Azər Məmmədzadə və başqaları çəkilib. Filmdə mahnını əməkdar artist Eyyub Yaqubov səsləndirib.

Qeyd edək ki, komediya janrında olan "Ağanatiq" bu gündən etibarən kinoteatrlarda nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə