Təmsilçinizin “Eurovision-2017”də çıxış edəcəyi vaxt bəlli oldu
Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinallarının püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, püşkatmanın nəticələrinə əsasən, birinci yarımfinalda 18, ikinci yarımfinalda isə 19 iştirakçının çıxış edəcəyi planlaşdırılır.
Azərbaycan müsabiqənin ilk yarımfinalında Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya və Avstraliya ilə birgə çıxış edəcək.
Xatırladaq ki, "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.
Azərbaycanı "Eurovision-2017"də Diana Hacıyeva təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB