Şəbnəm: "Ana olduqdan sonra səhnədən getmək fikrim yoxdur" AÇIQLAMA

Şəbnəm: "Ana olduqdan sonra səhnədən getmək fikrim yoxdur" AÇIQLAMA

Müğənni Şəbnəm Tovuzlu yeni mahnı üzərində çalışır. SİA-ya açıqlama verən ifaçı həmin bəstəyə video rolik də hazırlandığını bildirib: "Sözləri və musiqisi Talıb Taleyə aid olan mahnı üzərində çalışıram. Bəstə "Yel əsir sərin-sərin" adlanır. Bu mahnı üçün video rolikdə ərsəyə gətirmişik. Həmin videoda yeni fotosessiyam olacaq. Əslində "Yel əsir sərin-sərin" bəstəsinə klip çəkdirmək istəyirdik. Lakin səhhətimə və havaya görə ekran işi ərsəyə gətirə bilmədik".

Hazırda hamilə olan Şəbnəm ana olduqdan sonra sənətini davam etdirəcəyini də xüsusi ilə diqqətə çatdırıb: "Bir neçə aydan sonra ana olacam. Analıq məzuniyyətimi başa vurduqdan sonra səhnəyə dönəcəm. Səhnədən getmək fikrim yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə