Azərbaycanlı müğənni axtarışa çıxdı AÇIQLAMA

Azərbaycanlı müğənni axtarışa çıxdı AÇIQLAMA

Müğənni Kamil Cəfərov yenilik edəcək. SİA-ya açıqlama verən ifaçı repertuarını təzələyəcəyini bildirib: "Bildiyiniz kimi, hazırda şou-biznesdə durğunluqdur. Mən az da olsa bu durğunluğu aradan qaldırmaq üçün yeni mahnılar yazdırıram. İki mahnı hazırlayıram. Bəstənin biri lirik, digəri isə oynaq tepdədir. Mahnının birinin musiqisi Elvin Abdullayevə məxsusdur. Hələ bəstənin sözləri yazılmayıb. Yaxşı söz yazarı axtarıram".

Müğənni yeni klip çəkdirmək istədiyini də söyləyib: "Klip çəkdirmək niyyətindəyəm. Amma hələ yox. Bəyəndiyim və ən çox dinlənilən bəstələrimdən birini mart-aprel aylarında lentə aldıracam".

Bütün xəbərlər Facebook səhifəmizdə