Rəşad Kəsəmənli: "Klipə çəkiləndə müğənniyə məbləğ deyə bilmirəm"
Aktyor Rəşad Kəsəmənli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktyor bu vaxtadək çəkildiyi kliplərin sayını açıqlayıb: "Bu vaxtadək 14 klipə çəkilmişəm. Ekran işinə çəkiləndə mahnının tutarlı olmasına, ən əsası rejissorun peşəkar olmasına xüsusi önəm verirəm. Klipə aktyor kimi dəvət alanda müğənniyə istədiyim məbləği deyə bilmirəm. Çünki utanıram. Bunun müqabilində də uduzan tərəf mən oluram. Artıq özümə söz vermişəm ki, sənətçinin kimliyindən asılı olmayaraq, konkret istədiyim məbləği deyəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB