Xalq artisti: "Sənətlə ailəni birgə idarə etmək çox çətindir"

Xalq artisti: "Sənətlə ailəni birgə idarə etmək çox çətindir"

Xalq artisti Həmidə Ömərova rejissor Nail Naiboğlunun layihə rəhbəri olduğu verilişdə qonaq olub. SİA-nı məlumatına görə, aktrisa şəxsi həyatından danışıb: "Sənətlə ailəni birgə idarə etmək çox çətindir. Sənətimə görə bəzi şeyləri qurban vermişəm. Övladım kiçik olanda ona vaxt ayıra bilmirdim. Uşağımı özümlə çəkiliş meydanına aparırdım. Yəni övladım uşaqlıq illərini doyunca yaşaya bilməyib. Mənim rastlaşdığım çətin anlarla hər bir sənətkar qarşılaşıb".

Bütün xəbərlər Facebook səhifəmizdə