Bred Pitt boşandıqdan sonra ilk dəfə iş başında

Bred Pitt boşandıqdan sonra ilk dəfə iş başında

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən boşandıqdan sonra yavaş-yavaş işinə geri dönür. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 53 yaşlı aktyor ayrılıqdan sonra ilk dəfə "GQ" jurnalının üz qabığında görüntülənib. Jurnal Bredi müasir dövrün sonuncu kinoulduzu kimi təqim edib.

Qeyd edək ki, bir müddət əvvəl Pitt Coli ilə uşaqlar barəsində razılığa gəlib. Aktrisa keçmiş həyat yoldaşına uşaqları görməyə icazə verdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə