Asif: "Nura Surinin müğənni olduğunu bilmirdim" QALMAQAL

Asif: "Nura Surinin müğənni olduğunu bilmirdim" QALMAQAL

Meyxanaçı Asif Məhərrəmov onun "Gecə-gecə" mahnısını ifa edən müğənni Nura Suridən danışıb. SİA-nın məlumatına görə, Asif Nuranı tanımadığını bildirib: "Nura Suri mənim "Gecə-gecə" mahnımı oxuyandan sonra həmin xanımın müğənni olduğunu bilmişəm. "Gecə-gecə" mahnısı mənim ifamda sevilib. Nura Surinin ifasını bəyənmədim. Özü üçün oxuyub. Həmin mahnını əməkdar artist Ədalət Şükürov da ifa edib. Həmin müğənni özünə hörmət edən kişi sənətçisidir. "Gecə-gecə" mahnısını özünə məxsus şəkildə oxuyub".

Meyxanaçı həmkarı Namiq Qraçuxurlu haqqında da danışıb: "Namiq Qaraçuxurlu mənim kumirimdir. Onunla şəxsi tanışlığım yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə