Azərbaycanlı müğənni:"Kirayədə qalıb, avtobuslarda gəzirdim"

Azərbaycanlı müğənni:"Kirayədə qalıb, avtobuslarda gəzirdim"

Müğənni Aslan Hüseynov maraqlı etiraf edib. SİA-nın məlumatına görə, ifaçı Nail Naiboğlunun layihə rəbbəri olduğu verilişdə danışıb: "Mən Azərbaycan şou-biznesinə qatılanda müğənnilər yaxşı qazanırdı. Gəlin, qəbul edək ki, əcnəbi ölkədən gəlib, Azərbaycan şou-biznes camisində baş çıxardan sənətçi mən olmuşam. Mənim kimi bir çox ifaçılar Bakıya gəlib, burada fəaliyyət göstərirdi. Onlardan biri də həmkarım Manana idi. Lakin o, prodüserlərin dəvəti ilə Azərbaycana üz tutmuşdu və ona maddi baxımdan dəstək olanlar var idi. Mən isə kirayə qalırdım. İctimai nəqliyyatdan istifadə edirdim. Allaha dua edirdim ki, 1 otaqlı evim və maşınım olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə