Əməliyyat olunan Flora Kərimovadan AÇIQLAMA-FOTO

Əməliyyat olunan Flora Kərimovadan AÇIQLAMA-FOTO

Xalq artisti Flora Kərimova cərrahiyyə masasına uzanmalı olub. SİA-ya bu haqda sənətkarın özü açıqlama verib: "İnsultdan sonra gözlərimdə problem yaranmışdı. Uzağı yaxşı görə bilmirdim. Sol gözümlə yaxşı görə bilmədiyim üçün əməliyyat etdirdim. Hazırda ev şəraitində müalicə alıram. Özümü yaxşı hiss edirəm. Məni əməliyyat edən həkimlərimə təşəkkür edirəm. Onu da qeyd edim ki, bir müddət tədbirlərdən uzaq olacam. Amma yenidən sevənlərimin arasına qayıdacam".

Bütün xəbərlər Facebook səhifəmizdə