Psixoloq Dəyanət Rzayevin intihar xəbəri şou-biznesin tanınmış simalarına da təsir edib. SİA-nın məlumatına görə, bu üzücü xəbərə ən çox kədərlənənlərdən biri də əməkdar artist Lalə Məmmədova olub. O, bu haqda təəssüratlarını dilə gətirib: "Dəyanət veriliş boyu şən görünməyə çalışsa da, gözündəki narahatlıq hiss edilirdi. Çəkilişdən sonra xeyli söhbət etdik. Ailəsindən ayrıldığını, övladları ilə mütəmadi görüşdüyünü, ciddi pəhriz saxladığını və səyahətə üstünlük verdiyini dedi. Bütün bunların bir insan üçün nə qədər çətin və ağır olduğunu çox yaxşı bilirəm. Hamıya çətin vəziyyətdə məsləhət verən insanın əslində özünün köməyə ehtiyacı var idi. Bunu onun gözlərindən açıq-aydın oxumaq olurdu. Sağollaşanda vizit kartını uzadıb "Sizi çay içməyə dəvət edirəm. Son vaxtlar ətrafda söhbət etməyə adam da qalmayıb" dedi. Gülümsəyərək təşəkkür etdim və "Qismət olarsa oturub çay içib söhbət edərik"söylədim" . İntihar xəbəri müğənnidə vicdan əzabını artırıb: "Axı onun söhbətə, məsləhətə, paylaşmağa ehtiyacı var idi. Bəlkə biz insanlar psixoloqa "dərd dağarcığı" kimi baxmağa öyrəşməmişik. Biz onlara problemlərimizlə müraciət edərkən heç düşünmədikmi onlar öz problemlərini necə həll edirlər?! Demək onlar nəinki bizim kimi, bizdən də zəif və həssadırlar. Allah Rəhmət eləsin, günahlarını bağışlasın".
Qeyd edək ki, psixoloq Dəyanət Babayev yaşadığı evdə özünü kəmərlə boğub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB