Aygün Kazımova ad günündə özünə hədiyyə etdi FOTOLAR

Aygün Kazımova ad günündə özünə hədiyyə etdi FOTOLAR

Bu gün xalq artisti Aygün Kazımovanın doğum günüdür. SİA-nın məlumatına görə, özəl günündə müğənni sevənlərinə hədiyyə etmək qərarına gəlib. Belə ki, A.Kazımova Kamran Aydınovun fotokamerası qarşısına keçərək fərqli fotosessiya etdirib.

İfaçı saçlarını Telman Heybətov və Qusik Simon, stil və makiyajını isə illərdir birlikdə çalışdığı stilist Ruxaya həvalə edib. A.Kazımovanın obrazının bütün ideyası Ruxaya məxsusdur. İnteryer – dizayn isə Dmitriy Turkana aiddir.

Müğənninin sevənlərinə növbəti hədiyyəsi yeni mahnısı olub. A.Kazımova 30 illik yaradıcılğında hər zaman yanında olan müəllimi Cavanşir Quliyevin yeni bəstəsini ifa edib. "Şairim" adlanır mahnının sözləri Miryusif Mirnəsiroğluna məxsusdur. Bəstənin arajimanını da C.Quliyev edib.

Bütün xəbərlər Facebook səhifəmizdə