Şvasneqqerə dünyada yeganə olan avtomobil hədiyyə olundu

Şvasneqqerə dünyada yeganə olan avtomobil hədiyyə olundu

Avstriyanın "Kreisel" kompaniyası aktyor Arnold Şvasneqqer üçün avtomobil istehsal edib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Mercedes-Benz G-Class" markalı avtomobilin özəlliyi ondan ibarətdir ki, o, yanacaqla deyil, elektrik enerjisi ilə işləyir.

Dünyada yeganə olan bu avtomobilin Arnolda hədiyyə olunması da təsadüfi deyil. Bir müddət əvvəl Şvasneqqer havanın avtomobillərlə çirkləndiyini və bununla mübarizə barədə nitq söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə