Gülay Zeynallıdan yeni MAHNI-FOTOLAR

Müğənni Gülay bəstəsi Emin Sabitoğluya məxsus olan "Sən olmasan" əsərini səsləndirib. SİA-nın məlumatına görə, o, bu dəfə xalq artisti Elmira Rəhimovanın repertuarına müraciət edib. Zeynallı xalq artistinin ona mahnıyla bağlı xeyir-dua verdiyini söyləyib: "Bu mahnını mənim ifamda Elmira Rəhimova dinləyib, çox bəyənib. Dünən verilişdə oxumuşdum, sonra telefonla əlaqə saxladı, öz xeyir-duasını verdi. Dedi ki, mahnılarımdan bəyəndiklərini ifa edə bilərsən. İnanıram ki, mənim ifamda "Sən olmasan"a yeni nəfəs gələcək. Həmçinin, layihə üçün fotosessiya etdirdik. Komandamız yaxşı idi, Lamiyə, Nuranə, Şəbnəmə öz minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə