Müğənni Kərim Abbasov etiraf edib. SİA-nın məlumatına görə, ifaçı dostlarından yarımadığını bildirib: "Qurban olduğum Allah-Təaladan nə istədimsə, mənə verdi. Şükür kəramətinə. Hər şeyə nail olmuşam Sübhanallah. Ya Rəbb, mən bu həyatda yalnız dostdan yarımadım. Səni and verirəm Allah adına xatir, mənim qarşıma özüm kimi dost çıxar. Dostdan yarımadım. İçim yanır civil-civil. Allahım axı niyə bu həyatda hər kəs nəfsinə satılır?! Axı mən dost bildiyimə görə can verdim. Dost dediyim insana görə nökərlik etdim. Həmin şəxsə görə hər yerdə üsyan etdim. Bundan sonra mən dost kəlməsinə və dostluğa necə inanım? Dostluq bu gün mənim üçün rəhmətə getdi. Allah rəhmət eləsin!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB