Azərbaycanlı müğənni partlayış edəcək AÇIQLAMA

Azərbaycanlı müğənni partlayış edəcək AÇIQLAMA

Müğənni Vasif Əzimovun "Ölüm ölüm" adlı mahnısına çəkdirdiyi klipin montaj işləri yekunlaşmaq üzrədir. SİA-ya bu haqda ifaçının özü xəbər verib: "Bildiyiniz kimi, bir müddət bundan öncə "Ölüm ölüm" adlı mahnını ekranlaşdırdım. Xeyli vaxt idi ki, montaj işləri gedirdi. Demək olar ki, klip son bir neçə günə hazır olacaq. Ekran işini tezliklə tamaşaçılara və media mənsublarına təqdim etməyi planlaşdırıram. Onu da deyim ki, sözügedən klipdə sujet xətti var. Ekran işində mənimlə yanaşı meyxanaçı Aqşin Fateh, aktrisa Cəmilə Tağızadə, aktyor Cavanşir Hacıyev rol alıb. Klipdə mahnıdan kənar dialoqlar var. "Ölüm ölüm" adlı klipin rejissoru Faiq Kərimoğlu, operatoru Caviddir. Bu klipə böyük əmək vermişik. Ekran işində əziyyəti olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, V.Əzimov yeni klipindən başqa mahnı üzərində də çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə