Məşhurların çəkildiyi film hazırdır

Məşhurların çəkildiyi film hazırdır

Əməkdar artist Murad Dadaşovun sahibi olduğu "M group production" tərəfindən lentə alınan "Bayram axşamı" filminin ilk tanıtım reklamı yayımlanıb. SİA-nın məlumatına görə, komediya janrında olan filmdə baş rolda rəqqasə Oksana Rəsulova, aktyor İslam Mehrəliyev çəkilib. Onlarla yanaşı ekran işində əməkdar artist Əkbər Əlizadə və Murad Dadaşov da yer alıblar.

Qeyd edək ki, "Bayram axşamı" fevralın 16-dan kinoteatrlarda yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə