Lalə Məmmədova ilə Rəşad İlyasov fars mahnısı oxudu AÇIQLAMA
Şou-biznesin iki məşhur siması bir araya gəlib. Belə ki, əməkdar artistlər Lalə Məmmədova və Rəşad İlyasov duet oxuyublar. SİA-ya bu haqda Rəşad İlyasovun özü xəbər verib: "Çox hörmət etdiyim Lalə xanımla duet ifa etmişik. Bəstə fars mahnısıdır. Mahnının adını gizli saxlayacam. Bəstəni səsyazma studiyasında gecəyarısı lentə aldırmışıq. Hazırda mahnı üzərində aranjeman işləri gedir. Bəstənin aranjemanını Rasim edib. Maraqlı duet alınacaq. Çünki Lalə Məmmədova ilə səs tembirlərimiz çox uyğunlaşır. Məncə, L.Məmmədova ilə yeni işimiz dinləyicilər tərəfindən olduqca bəyəniləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB