Rejissor: "Hansı məşhurun kiminlə problemi varsa, verilişimdə həmin kəsi söyə bilər" ŞOK AÇIQLAMA

Rejissor: "Hansı məşhurun kiminlə problemi varsa, verilişimdə həmin kəsi söyə bilər" ŞOK AÇIQLAMA

Rejissor Nail Naiboğlu layihə rəhbəri olduğu verilişindən söz açıb. SİA-ya açıqlama verən rejissor şou-biznes əhlinə mesaj göndərməyi də unutmayıb: "Bildiyiniz kimi, layihə rəhbəri olduğum verilişdə maraqlı, gündəmi zəbt edən və qalmaqallı hadisələr baş verir. Stilistlər müğənniləri, ifaçılar prodüserləri, sənətçilər öz sənət yoldaşlarını bəyənmirlər və verilişimdə efir vasitəsi ilə ismarıclarını göndərirlər. Buna görə bəzi məşhurlar fikirləşirlər ki, şou-biznesin tanınmış simaları ilə problem yaşayıram. Amma elə deyil. Çünki hamıyla münasibətim yaxşıdır. Kimin kimə nə sözü varsa, layihəmdə iştirak edərək, bəyənmədiyi insanı söyə bilər. Bütün məşhurlara qapımız açıqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə