İllərdir duet ortaqları olan Könül Kərimova və Cabbar Musayev yeni mahnı üzərində çalışırlar. SİA-ya bu haqda Cabbar Musayev məlumat verərək, bu dəfə yeni ərsəyə gətirdikləri bəstəni tək Könül xanımla yox, Hikmət Aslanovla da ifa edəcəyini bildirib: "Hazırda Könül Kərimova, Hikmət Aslanov və mən yeni mahnı üzərində çalışırıq. Sözügedən mahnının üçümüz duet şəklində oxuyacağıq. Mahnı "Ay mənim sevgili yarım necəsən?" adlanır. Mahnı ritmikdir. Bu bəstəni üçümüz tərəfindən səslənməsi Hikmət müəllimin dəvəti ilə oldu. Hazırda bəstə üzərində işləyirik. Fikrimcə, maraqlı duet olacaq. Mahnı tezliklə hazır olacaq".
Qeyd edək ki, "Ay mənim sevgili yarım necəsən?" mahnısının sözləri Ramiz Abdullayevin, musiqisi Hikmət Aslanovundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB