Müğənni yeni doğulan oğlu üçün xərcə düşdü

Müğənni yeni doğulan oğlu üçün xərcə düşdü

Türkiyəli müğənni Gülşen yeni dünyaya gələn oğlu üçün iki yad dayə tutub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, dayələrin aylıq maaşı 15 min TL-dir (təxminən 7500 AZN). Bu arada Gülşen və həyat yoldaşı Ozan Çolakoğlu oğulları üçün bankda 1 milyonluq hesab açıb. Cütlük aylıq qazanclarının 15 faizini Azur Benanın hesabına ödəmək qərarı alıb.

Qeyd edək ki, Gülşen bir konsertdən 80 min TL (təxminən 40 min AZN), prodüser Ozan Çolakoğlu hər mahnısına görə 10 min dollar alır.

Bütün xəbərlər Facebook səhifəmizdə