Günlərdir söz-söhbətə səbəb olan "Recep İvedik 5" filmindəki boks səhnəsi çıxarılıb. SİA-nın məlumatına görə, bu barədə filmdə baş rolun ifaçısı Şahan Gökbakar "İnstagram" səhifəsində bildirib:"Bir neçə gün əvvəl "Recep İvedik 5" filmindən fraqment göstərildi. Hamınızın xoşuna gəlib. 10 milyondan çox insan izləyib. Təşəkkür edirik. Mən həmişə filmlərimi güldürmək üçün çəkirəm. Amma orada azərbaycanlı boksçu ilə olan səhnə böyük səs-küyə səbəb oldu. Bir sıra insanların xoşuna gəlmədi. Biz də bu səhnəni filmdən çıxartdıq. Qoy, bu, qardaşlığımın sübutu olsun".
Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar hər iki ölkədə narazılığa səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB