"Ay Yapım"ın reytinqli serialı "İçerde" böyük bir sosial layihəyə rəhbərlik etməyə başlayıb.
SİA-nın türk mətbuatına istinadən məlumatına görə, serial Ailə və Sosial Siyasət Nazirliyi və "Kiçik qəlblərlə əl-ələ" dərnəyi (MİKA-DER) ilə birlikdə dəstəyə ehtiyacı olan uşaqlara reabilitasiya mərkəzi açmaq üçün yardım toplama kampaniyasına başlayıb.
"MİKA-DER İçerde İdman Mərkəzi"ni açmaq üçün ilk dəstək serialın baş qəhrəmanları Çağatay Ulusoy və Aras Bulut İynemlidən gəlib.
Qeyd edək ki, kampaniya serialın bu mövsümkü sonuncu seriyasına qədər davam edəcək. İyuna qədər "İçerde" qəhrəmanları sosial media və telekanallardan xalqa səslənərək yardım üçün dəvət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB