Qan xərçəngindən əziyyət çəkən rejissorumuz yenidən xəstəxanada AÇIQLAMA
Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə yenidən xəstəxanaya yerləşdirilib. SİA-ya bu haqda rejissorun həyat yoldaşı Səbinə Zəkizadə xəbər verib: "Şahin hazırda xəstəxanadadır. Ona yeni ilik köçürülməsi üçün İran və İstanbula yollanacağıq. Müəyyən səbəblərə görə səfərimiz təxirə salınmışdı. Ş.Zəkizadə üçüncü hissə də müalicə alacaq. Həmin proses daha ağırdır. Burada 24 saat kimyaterapiya ediləcək. Birinci və ikinci kurs müalicədən daha çətindir".
Qeyd edək ki, müalicəsinin ikinci hissəsi bitən rejissor ötən ilin dekabrında evinə buraxılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB