Prodüser Tarix Əliyev bir neçə gün öncə avtomobil qəzasına düşən Dilarə Həsənovanı ziyarət edib. SİA-nın məlumatına görə, bu barədə T.Əliyev xəbər verib: "Xəstəxanada Dilarənin həkimi Həziyev Elgündən onun haqda ətraflı məlumat aldım. Vallah, sağ olsun xəstəxananın müdiriyyəti və həkim kollektivi Dilarəyə yaxşı baxırlar. İnşallah, sağaldıb öz ayaqları ilə evinə yola salacaqlar. Sumqayıtda onun yaşamasının imkansız olduğunu deyirdilər. Bu xəstəxanada necə həkimlər var. Biz hamımız bir olaq və Dilarəyə maddi köməklik göstərək, onun tez sağalmasını Allahdan diləyək. Hesab nömrəsi lazım deyil. Yardım etmək istəyən xəstəxanaya gedərək Dilarənin depozitinə pul qoya bilər".
Qeyd edək ki, bir neçə gün öncə Dilarə Həsənovanı maşın vurub. Atası dünyasını dəyişən, anası isə xəstə olan gənc qızın müalicəsi üçün maddi yardıma ehtiyac var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB