Meyxanaçı Samirə Türkiyədə veriliş aparacaq

Meyxanaçı Samirə Türkiyədə veriliş aparacaq

Meyxanaçı Samirə yaradıcılığını Türkiyədə etdirmək qərarına gəlib. SİA-ya bu barədə ifaçının özü məlumat verib: "1 ilə yaxındır ki, mənə Türkiyədə təklif gəlib. Mən də bu dəvəti dəyərləndirməyi düşünürəm. İstəyirəm ki, meyxana sənətini qardaş ölkədə tanıdım və davam etdirim. Hətta bu təklif duet ortağım Oktaya da olunmuşdu. Lakin Oktay türk dilini yaxşı bilmədiyi üçün dəvətlərini qəbul etməmişdi. Amma mən tezliklə Türkiyəyə yola düşüb, qardaş ölkənin kanallarının birində veriliş aparacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə