"Recep İvedik": "Bizdən qardaş ölkəyə səhv addım olmaz"

"Recep İvedik": "Bizdən qardaş ölkəyə səhv addım olmaz"

Xəbərverdiyimiz kimi, aktyor Şahan Gökbaharın yeni filminin treyleri yayımlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Şahanın filmdə idmançı rolunu canlandıran zaman azərbaycanlı boksçu ilə mübarizəsi sosial şəbəkələrdə səs-küyə səbəb olub.

Bununla bağlı olaraq Şahan Gökbahar "İnstagram" hesabında azərbaycanıların onun ünvanına yazdığı tənqidlərə cavab verib: "Biz kədərləndirmək üçün deyil, güldürmək üçün varıq. Bizdən qardaş ölkəyə səhv addım olmaz. Fraqmentdə sadəcə son bölüm paylaşıldığı üçün səhnəni başqa istiqamətdə başa düşmüsünüz. Azərbaycandakı sevənlərimizə qovuşmağa can atırıq. Hamınızı sevirik".

Qeyd edək ki, "Recep İvedik 5" fevralın 17-də təqdim olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə