Aktyor Elçin Məmmədli bəzi həmkarlarından gileylənib. SİA-ya açıqlama verən aktyor əksər sənət yoldaşlarının peşələrinin öhdəsindən gəlmədiklərini etiraf edib: "Bildiyiniz kimi, Azərbayacanda kifayət qədər aktyor var. Lakin elə həmkarlarım var ki, teatrla serialı səhv salırlar. Hətta serialda obrazlarını süni oynayırlar. İşlərini bilməyən aktyorlarla eyni serialda rol alanda onların ucbatından mənim də əməyim boşa hədər gedir. Ona görə də serialda çəkilən hər bir aktyor ürəyini qoymalıdır".
E.Məmmədli yerli serialların günü-gündən inkişaf etdiyini də xüsusi ilə qeyd edib: "Azərbaycan tamaşaçılarına öz seriallarımızı sevdirə bilməliyik. Tamaşaçılar rus, türk yox, yerli seriallarımızla qidalansınlar. Fikrimcə seriallarımız günü-gündən inkişaf edərək, tamaşaçı rəğbətini qazana bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB