"Lider" telekanalında yayımlanan "Klip+" verilişi yeni formatla efirə qayıdır. SİA-ya bu barədə layihənin rəhbəri Nail Naiboğlu məlumat verib: "Proqramın aparıcısı da dəyişib. Belə ki, İlahə Nizamiqızının əvəzinə verilişə Çinarı Bəkirova aparıcılıq edəcək. İlahə xanım hər gün saat 17:00-da efirə çıxacaq. Ona görə də saat 23:30-da yayımlanacaq proqramımıza başqa aparıcı seçdik. Aramızda heç bir inciklik yoxdur. Verilişdə kliplər nümayiş olunacaq. "Stop" rubrikamız da bu verilişin daxilində olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB