Müğənni qızına əri özü seçdi

Müğənni Könül Kərimova qızını nişanlayıb. SİA-nın xəbərinə görə bu barədə "Lider maqazin"ə danışan sənətçi nişanın ötən ilin sonunda baş tutduğunu açıqlayıb "2016-cı ilin sonunda qızım Ləman və qohumum Orxanın nişanı olub. Seçim mənimdir. Mən elə övlad böyütməmişəm ki, məni eşitməsinlər. Həm də övladlarımın zövqünə inanıram".

Qızına bu il toy çaldıracağını deyən K.Kərimova məclisin media üçün açıq olacağını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə